“Arsenal” ciddi itki ilə üzləşib.
London təmsilçisinin üzvü Dani Sebalyos sıradan çıxıb. 23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Vitoriya” ilə matçında (1:1) bud əzələsindən zədələnib.
İspaniyalı futbolçunun üç həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.